Yeni məşqçinin adı açıqlandı

  • By ilhame
  • 03 İyun 2024 23:00

“Çelsi” yeni baş məşqçisinin adını açıqlayıb.

 

Gununsesi.info klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Enzo Mareska təyin edilib. 44 yaşlı mütəxəssislə 5+1 illik müqavilə imzalanıb.

 

İtaliyalı çalışdırıcının son klubu “Lester” olub.

 

Xatırladaq ki, mayın 21-də “Çelsi” Maurisio Poçettino ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyini açıqlamışdı. Premyer Liqanın son mövsümünün yekununda London təmsilçisi 63 xal toplayaraq 6-cı olub.

Gununsesi.info