“Çelsi” klubunun yeni baş məşqçisinin adı açıqlanıb

  • By ilhame
  • 03 İyun 2024 19:02

İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

 

Gununsesi.info London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu post son iş yeri “Lester” klubu olan Entso Mareskaya həvalə edilib.

 

İtaliyalı mütəxəssis iyulun 1-də işə başlayacaq. “Çelsi” onunla 5 illik müqavilə bağlayıb.

 

Premyer Liqa təmsilçisi E.Mareskaya görə “Lester”ə 11,7 milyon avro təzminat ödəyəcək.

Gununsesi.info