Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir

  • By ilhame
  • 02 İyun 2024 23:00

Bu gün karyerasını başa vuran “Qarabağ”ın futbolçusu Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.

 

Təcrübəli mütəxəssis Medvedevin Ağdam təmsilçisində işləyə biləcəyini söyləyib: “Qısa danışıq olub. Qarşıdakı günlərdə növbəti dəfə danışacağıq. Onun kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil. Tək bizim üçün yox, Azərbaycan futbolu üçün də faydası olub”.

Gununsesi.info