Kuleba və Blinken Ukraynaya yardımı müzakirə ediblər

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna diplomatiyasının rəhbəri X sosial şəbəkədə hesabında məlumat yayıb.

Kulebanın sözlərinə görə, ABŞ dövlət katibi əmin edib ki, Birləşmiş Ştatlar “Ukraynaya Rusiyanın təcavüzünə qarşı kömək etməkdə qalmaqdadır”. “Diplomatik, hərbi və maliyyə dəstəyi davam edəcək”, – Kuleba yazıb.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, tərəflər İsrail-Fələstin münaqişəsi mövzusuna da toxunublar. Nazir bildirib ki, həmsöhbətlər HƏMASıın İsrailə hücumunu qınayıb, münaqişənin dinamikası və onun qlobal təhlükəsizlik üçün nəticələrini müzakirə ediblər.

Səid Əhmədli
Gununsesi.info