İsrail Yaxın Şərqdə münaqişəyə son qoymağın şərtlərini açıqladı

HƏMAS yaraqlıları silahlarını yerə qoyandan və girovları azad edəndən sonra Yaxın Şərqdə döyüş fəaliyyətləri bitəcək.

Gununsesi.info oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.

“Əgər HƏMAS sabah silahlarını yerə qoysa, bütün girovları qaytarsa ​​və təslim olsa, bu müharibə bitə bilər. Niyə HƏMAS-ı buna çağırmırsınız? Niyə bu qətnamənin bir hissəsi olmadı?” – deyə o bildirib.

Erdan Təhlükəsizlik Şurasını qruplaşmanı terror təşkilatı elan etməyə və İsrailin özünümüdafiə haqqını təkcə sözlə dəstəkləməməyə çağırıb. Erdanın sözlərinə görə, HƏMAS-ın məqsədi İsraili məhv etməkdir. O əlavə edib ki, ölkənin təhlükəsizliyi üçün İsrail HƏMAS-ı məhv etməlidir.

“Xərçəngin müalicəsi üçün tək bir həll yolu var. Bu o deməkdir ki, bütün xərçəng hüceyrələri məhv edilməlidir”, – deyə diplomat bildirib.