
Qəbələ-Xankəndi ultramarafonunda dördüncü mərhələnin qalibi müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, Ağdam-Xankəndi maşrutu üzrə 28 kilometr məsəfədə finişə türkiyəli Ömər Alkanoğlu birinci çatıb.
İkinci yeri Türkiyə təmsilçisi Üzeyir Söylemez, üçüncü yeri isə gürcüstanlı Giorgi Lomidze tutub.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ümumi qalibləri baş mükafata layiq görülüblər.
Xatırladaq ki, 3 gün əvvəl Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
Qeyd edək ki, ultramarafon Qəbələ-Ağdaş (55 kilometr), Ağdaş-Bərdə (65 kilometr), Bərdə-Ağdam (44 kilometr) və Ağdam-Xankəndi (28 kilometr) mərhələlərindən ibarət olub.