
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin hərbi yardım çərçivəsində Ukraynaya “Mirage 2000” döyüş təyyarələri verəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısı “TF1” və “France 2” telekanallarına müsahibəsində söyləyib.
“Fransa ukraynalılara müqavimət göstərməyə kömək edir, ancaq biz gərginliyin artmasını istəmirik”, – Qərbi Avropa ölkəsinin lideri bildirib.
Makron iyunun 7-də baş tutacaq Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı yeni əməkdaşlığa başlayacağını açıqlayıb. Söhbət Ukraynanı “Mirage 2000” qırıcıları ilə təmin etməkdən, eləcə də təyyarəçilərin hazırlanmasından gedir.
Gununsesi.info