
“Mən Ukraynada yaşadığım müddət dəfələrlə başqa ölkələrə , o cümlədən Türkiyəyə səfərlər etmişəm. Polşada saxlanılmağım isə gözlənilməz oldu”.
Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycan tərəfinin İnterpol vasitəsi ilə Polşada saxlatdığı və üç gün əvvəl sərbəst buraxılan Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyev deyib.
O, Polşada saxlanılmasını qanunsuz hesab etsə də Azərbaycana ekstradisiya ediləcəyini gözləmədiyini bildirib: “Saxlanıldım, amma Polşanın məni Azərbaycana eksrtadisiya etməsi mümkünsüz idi. Çünki, ittihamlar saxta, qurama idi”.
Qeyd edək ki, hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarılmışdı.
Mətləb
Gununsesi.info