Elm adamları 4 ayaqlı, düz divarlara dırmaşa bilən Robot Köpək icad etdilər – Ağıllı…

  • By arzu
  • 20 Dekabr 2022 16:43

Robit İtlər bir tərəfdən rəqs videoları ilə bir çox adamın simpatiyasını qazanarkən, digər tərəfdən silahlanma ehtiamalları ilə hürküdücü bir gələcək ssenarisi cızdırır. 

 

HTML tutorial

Şimali Koreyada maraqlı kəşf edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutundakı araşdırmaçılar deməir və poladdan hazırlanmış, divarlara dırmaşan 4 ayaqlı bir robot icad etdilər.
Elm dərgisi “Robotics”də yayımlanan bir məqalədə açıqlanan alimlər yeni robot icada “Marvel” adı verilib. Bu ad super qəhrəmanları ilə tanınan Amerika cizgi roman yayımçısı və film studiyası Marveli ağıllara gətirir. Ancaq robota verilən adı, səlində bir qısaltmadır.
Açılımı isə “Çox Yönlü və Sürətli Hərəkət edə bilən Maqnit(Yapışan) Robot”(Magnetically Adhesive Robot for Versatile and Expeditious Locomotion).

“Futurizm”in xəbərinə görə robot 8 kq. olub, 33 sm. uzunluğundadır. Robot araşdırmaçıları daha öncəki bənzər müdaxilələrində makinalarla təkərlər, vantuzlar və ya pərlər artırmağa çalışmışdılar.

 

 

Marvel isə elektro-maqnitlərdən yararlanan yenilikçi ayaqlara sahibdir. “Maqnitoreloji elastomer” adı verilən kauçuk bənzəri ağıllı material sayəsində robot paslanmış depolar və ya tankerlər kimi kələ-kötür səthlərdə rahatca hərəkət edə bilir.

Robotun sınaqları zamanı qeyd edilən görüntüləri Youtube-də yayımlandı. Araşdırma komandası robotun sənaye sahələrində, özəlliklə insanlar üçün təhlükəli ola biləcək yüksək bölgələrə dırmaşa biləcəyini söyləyir.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info