Bu iddialar zamanında araşdırılıb və…- DİN-dən ABŞ-ın “BANTOTDEL” ƏMƏKDAŞINA SANKSİYA TƏTBİQİNƏ REAKSİYA

“Bu iddialarda səsləndirilən məsələlərlə bağlı həmin dövrdə istintaq araşdırması olub, bütün prosesə məhkəmə qaydasında hüquqi qiymət verilib. Ona görədə başqa şərhə ehtiyac görmürük”.

Bunu Gununsesi.info-ya açıqlamasında Daxili İşlər Naziriyinin şöbə rəisi Elşad Hacıyev ABŞ Dövlət Departamentinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Əlimərdanova qarşı sanksiya tətbiq etməsi faktına münasibətində deyib.

HTML tutorial

ABŞ Dövlət Departamenti “Bandotdel” in şöbə rəisi Kərim Əlimərdanova sanksiya tətbiq etməsinə səbəb kimi onun 2015-2016 cı illərdə insan hüquqlarının pozulmasında, məhbuslara xüsusi ilə Nardaran məhbuslarına işgəncə verilməsindəki iştirakına görə tətbiq edib.

Gununsesi.info