Enerjili, iddialı, xarizmatik insan yavaş-yavaş yox olur - SAAKAŞVİLİNİN OĞLU

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin müalicə aldığı xəstəxanadan yayılmış görüntüləri böyük rezonansa səbəb olub.

Tanınmaz hala düşən sabiq Prezidentin oğlu Eduard Saakaşvili bu barədə danışıb.

HTML tutorial

Gununsesi.info Eduard Sakaaşvilinin açıqlamasını təqdim edir:
“Mənim atama baş çəkməyə imkanım yoxdur. Hərdən onu görmək imkanım olur, amma hər dəfə onu görəndə sanki pisləşir və xəstələnir. Enerjili, iddialı, xarizmatik olan insan yavaş-yavaş yox olur. Biz ailə üzvləri bundan çox narahatıq. Onun vəziyyətinin günü-gündən pisləşdiyini görürük. Artıq 6 aydır ki, o, xəstəxanadadır, amma ona lazımi qayğı göstərilmir və vəziyyəti getdikcə pisləşir. Hiss etdiyimiz dəstəyə görə minnətdarıq, amma vəziyyət çox çətinləşib və nəyisə dəyişmək lazımdır”.

Eduard Saakaşvili atasının xaricdə müalicəsinə şərait yaradılmasını istəyib.

Gununsesi.info