“Polşa ABŞ-ın Ukraynaya Patriot göndərmək qərarından məmnundur”

  • By arzu
  • 22 Dekabr 2022 17:43

Polşanın Müdafiə Nazirliyindən Ukrayna müharibəsi ilə bağlı açıqlama verilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Müdafiə Naziri Marius Blazak Amerikanın Ukraynaya Patriaot sistemi göndərmək qərarından məmnun olduqlarını bildirib.

HTML tutorial

“Ölkənin infrastrukturuna yönəlik rus hücumlarına qarşı özünü təsirli bir şəkildə qorumasında kömək olacaq”, – deyə Blazak vurğulayıb.

Ölkəsinin həmin sistemin Ukraynaya verilməsi ilə bağlı açıqlamalarını xatırladan nazir daha sonra bu fikirləri səsləndirib:

“Bu mövzuda haqlı çıxdıq. Bu sistemlərin Ukraynaya göndərilməsinə ehtiyacın olduğunu söyləyərkən, Ukraynanın təhlükəsizliyi Polşanın təhlükəsizliyidir, deyərək düşüncəmizi söyləyirdik. Amerikanın qərarı yerində və doğru bir qərardır”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info