Bu səhv apellyasiya qaydasında düzəldilməlidir - BƏXTİYAR HACIYEVLƏ BAĞLI MƏHKƏMƏ QƏRARI TƏƏCCÜB DOĞURUB

  • By admin
  • 12 Dekabr 2022 22:20

Siyasi fəal Bəxtiyar Hacıyevin barəsindəki həbs qərarı ictimai-siyasi təbəqədən olan şəxslərlə yanaşı hüquqşünaslar arasında da təəccüblə qarşılanıb. 

Vəkil Cavad Cavadov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Xətai Rayon Məhkəməsinin növbəti dəfə onu  heyrələtdirdi:

HTML tutorial

Cinayət Məcəlləsinin 221.1 və 289.1 maddələr üzrə, yəni böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə, ittihamlar elan edilən Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçdi.

İttihamların böyük ictimai təhlükə törətməyən olması ilə yanaşı:

Bəxtiyar Hacıyev dəfələrlə istintaqa könüllü olaraq , çağırılan an gəlmişdir;

İcraata xitam verilmə qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermişdir və apellyyasiya qaydasında həmin qərarın ləğvinə nail olmuşdur, yəni prosesin aparılmasında özü israrlı olmuşdur. Onun istintaqdan yayınmaq niyyətinin olmaması ilə yanaşı, proses iştirakçılarına təsir etmək imkanları da istisna olunur.

Yəni həbsin seçilməsi üçün prosessual əsaslar mövcud deyildir”.

Vəkil deyir ki, seçilən həbs qətimkan tədbiri açıq-akşar qərəzlidir: “Bu növbəti dəfə məhkəmə hakimiyyətinin müstəqil olmadığını göstərir.

Apellyasiya qaydasında bu səhv düzədilməsə İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvenisyanın 18-ci maddəsi pozulmuş olacaqdır. Yəni hüququn məhdudlaşdırılması Konvensiyada nəzərdə tutulan məqsədlər üçün deyil başqa məqsəd üçün istifadə edilməsi məsələsi ortaya çıxacaq.

Nə qədər acı olsa da Konvenisyanın 18-ci maddəsinin pozuntusu ilə bağlı ölkəmiz Avropa Şurası məkanında liderliyini inamla qoruyub saxlayır”.

 

Günay

GUNUNSESİ.İNFO