
Sabah Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.
Qeyd edək ki, dekabrın 22-də Lavrovla Bayramov telefonla danışıblar. Söhbət zamanı nazirlər İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.
Gununsesi.info