Kılıçdaroğlu: “İmamoğlu mənim oğlumdur”

İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlunun barəsində məhkəmə qərarı ilə bağlı aparılan müzakirələrdə onun mühakimə olunmasının CHP lideri Kamal Kılıçdaroğlunun ürəyincə olması barədə iddialar səsləndirib. CHP-də prezidentliyə namizədlər arasında Kılıcdaroğlunun əsas rəqibi olduğu deyilən İmamoğlunun yolunun bağlanmasının Kamal Kılıçdaroğlunun işinə yaradığı deyilir.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, Kılıçdaroğlu İmamoğlu ilə münasibətləri haqqında danışıb.

HTML tutorial

Əkrəm İmamoğlu ilə yaxınlığını ifadə edən CHP lideri deyib:
“Mən və İmamoğlu ata-oğul münasibəti kimiyik. O da mənim oğlumdur”.

Sosial media hesabından açıqlama verən İmamoğlu, “CHP Qrup Toplantısı üçün bu gün Ankaradayam. Sədrimiz cənab Kamal Kılıçdaroğlunu ziyarət etdim. Bu prosesdə 16 milyon İstanbullunun iradəsini qoruduğunuz üçün təşəkkür edirəm” deyib.

Gununsesi.info