“Yandı Kərəm” - İNCİTDİYİ HƏRBÇİ GENERALA ŞEİR YAZDI

  • By admin
  • 22 Dekabr 2022 11:52
“Yandı Kərəm”
Kərəm Mustafayevin zülmünə məruz qalan, onunla 17 dəfə məhkəmə çəkişməsinə girməsinə baxmayaraq, öz hüquqlarını bərpa edə bilməyən ehtiyatda olan mayor Natiq Əlisoy keçmiş komandanına şeir yazıb.
Gununsesi.info “Yandı Kərəm” adlı şeiri diqqətinizə çatdırır:
YANDI KƏRƏMİ
Coşan qan bənd olub damarda durmaz,
Bu dünya sonunda heç kimə qalmaz.
Bu qədər əzablar, cinayət olmaz,
Bürüdü çən-duman bütün aləmi,
Alışdı od tutdu yandı “Kərəmi”.
Götürüb qılıncı iki əlinə,
Xəyanət elədi el şairinə.
Qoydurdu hamını nökər yerinə,
Bəxş etdi hər kəsə kədəri-qəmi,
Alışdı od tutdu yandı “Kərəmi”.
Satanlar çoxuydu, alan çoxuydu,
Zəhərli, zəhərsiz ilan çoxuydu,
Oxuyan çoxuydu, çalan çoxuydu,
Çox böyük həvəslə tuturdu dəmi,
Alışdı od tutdu yandı “Kərəmi”.
Gec etdi, güc etdi qəfildən fələk,
Sevincdən alışdı gör neçə ürək,
Fırtına yaratdı dənizdə külək,
Sahilə yan aldı yelkənsiz gəmi,
Alışdı od tutdu yandı “Kərəmi”.
İlahi dözmədi bu qədər dərdə,
Məzlumun haqqını qoymadı yerdə.
Neçə il zülm etdi kişiyə-mərdə,
Özünü yetirdi “ədalət” əmi,
Alışdı od tutdu yandı “Kərəmi”.
Natiq Əlisoy
Gununsesi.info