“Rüşvət təhqiqatı Avropa İttifaqının etibarına zərər verir”- AŞ Prezidenti

  • By arzu
  • 22 Dekabr 2022 17:57

Avropa Şurasının Prezidenti Şarlz Mişel rəsmisi olduğu qurumun içində bir çox siyasi rəsmilərə qarşı rüşvət əməliyyatları ilə bağlı danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Mişel açıqlamasında Avropa Parlamentinin (AP) üzvlərini hədəf alan rüşvət araşdırmalarının Avropa Birliyinin etibarına zərər verdiyini söyləyib.

HTML tutorial

“Politico” dərgisinə verdiyi açıqlamasında AŞ PA-nın Prezidenti məsələ ilə bağlı narahatlıqlarını bildirib. O, bu cür durumların iqtisadi və enerji böhranları ilə bağlı mübarizəni çətinləşdirdiyini vurğulayıb.

“Bundan dərslər çıxarılmalı və gələcəkdə rüşvəti önləmək üçün bu cür şeylərdən uzaqlaşmaq üçün tədbirlər paketi hazırlamalıyıq”, – deyə o vurğulayıb. .

Xatırladaq ki, Belçika rəsmilərinin başlatdığı rüşvət və çirkli pul yuma əməliyyatları zamanı 1.5 milyon avro nağd pul ələ keçirilmiş və 4 nəfər nəzarət altına alınmışdı. Onların arasında AP üzvləri yunan millət vəkili Eva Kaili, keçmiş italyan millət vəkili Antonio Panzeri və Fransesko Qiorqi də var. Onların Avropa Parlamentinin qərarlarına təsir etmək üçün Körfəz ölkələrindən rüşvət aldıqları iddia edilmişdi. Qətər rəsmiləri isə bu iddiaları rədd etmişdi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info