Qaradağda yol qəzası: ölən var

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, hadisə ilə əlaqədar FHN-nin “112” qaynar telefon xəttinə xilasedici köməyə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, içərisində 1 nəfərin olduğu “Hyundai” markalı minik avtomobili yol kənarında maneəyə çırpılıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info