
Türkiyənin Çanaqqala şəhərinin sakini qəssab Abdullah Kurtcu “Kabus” adı verdiyi dəvəsini güləş yarışlarına traktorla məşq etdirərək hazırlayır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, 17 illik dəvəçi təcrübəsi olan qəssab Kurtcu “Kabus”u ilə hər il dəvə güləşi yarışlarına qatılar.
Heyvanını bu yarışlarda uğur qazanması üçün isə qəssab fərqli bir üsul seçib. O, dəvəni hər gün 3 km. yürüş üçün traktora bağlayaraq məşq etdirir.
Yay ayları boyunca bəslədiyi heyvanını qışda güləş yarışlarına hazırlayır. Kurtcu bunları deyir:
“Hər gün traktor ilə 1.5 km. gedir, o qədər də qayıdırıq. İllik 1.5 ton yem yedirdirik. Qarışıq yemlər də bunun içinə aiddir. Burçaq, buğra, çovdar, arpa veririk. Dekabrda yarışlar başlayır. Dəvəmizi ən gözəl şəkildə məşq etdirib yarışa hazırlaşırıq.
Tərcümə: Arzu Sayadoğlu