Erməni hərbçiləri Zəngəzurda qəzaya düşdü: yaralılar var

Ermənistan ordusuna məxsus “Uaz” markalı avtomobil qəzaya uğrayıb.

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Zəngəzur bölgəsində baş verib.

HTML tutorial

Məlumata görə, hərbi maşın yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər yaralanıb.

Yaralıların Ermənistan ordusunun hərbi qulluqçusu olduğu bildirilir. Hadisə yerinə hərbi polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Gununsesi.info