“WhatsApp”-da daha bir yeni özəllik - BU DƏFƏ...

  • By admin
  • 21 Dekabr 2022 08:44

“WhatsApp” inzibatçısı Will Cathcart (Vill Çatkard )proqramda təsadüfən silinmiş mesajları geri qaytarmağa imkan verən yeni funksiya təqdim etdiklərini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə  Vill Çatkard özünün sosial şəbəkə hesabında yazıb.

HTML tutorial

Mesajlaşma proqramında göndərilən mesajlar iki fərqli şəkildə silinir. Onlardan biri mesajın söhbətdəki bütün kontaktlardan silinə biləcəyi “hamı üçün sil”; digəri isə “özüm üçün sil” funksiyasıdır ki, burada mesaj yalnız onu göndərən şəxsin ekranından silinə bilər.

Bununla belə, əgər istifadəçilər təsadüfən mesajı “özüm üçün sil” funksiyası ilə siliblərsə, mesajın söhbətdəki digər insanlardan da silinməsini təmin etmək mümkün deyildi.

Çatkard, bunu yeni xüsusiyyətlə təmin etdiklərini söyləyib.

Yeni funksiya ilə “özüm üçün sil” xüsusiyyəti ilə mesajı sildiyiniz zaman beş saniyə ərzində ekranda “geri al” seçimi görünəcək. Bu düyməyə basıldıqda, geri qaytarılan mesaj, istəsəniz, daha sonra “hamı üçün” də silinə bilər.

Bununla belə, əgər mesaj “hamı üçün sil” funksiyası ilə silinibsə, hələ də həmin mesajı bərpa etmək mümkün deyil.

Tərcümə:

Günay Təhməzova