Pentaqon kömək üçün Kaliforniyaya 10 helikopter göndərdi

  • By Günel
  • 09 Yanvar 2025 08:23

Pentaqon Los-Anceles yanğınları ilə mübarizəyə kömək etmək üçün Hərbi Dəniz Qüvvələrinin on helikopterini bölgəyə göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə məlumat verib.

“Nazirlik yanğının havadan söndürülməsinə dərhal kömək etmək üçün Hərbi Dəniz Qüvvələrinin on helikopterini bölgəyə göndərib”, – Sinq vurğulayıb.

Gununsesi.info