Finlandiya Rusiya sərhədi yaxınlığında təlimlərə başlayıb

  • By Günel
  • 08 Yanvar 2025 23:28

Finlandiya sərhədçiləri bu həftə və gələn həftə Rusiya ilə olan sərhədin mühafizəsi təlimlərini keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” televiziyası məlumat yayıb.

“Cənub-Şərqi Finlandiya Sərhəd Mühafizəsi şərq sərhədindəki sərhəd keçid məntəqələrində sərhəd mühafizəsi təlimləri təşkil edir”, – məlumatda deyilir.

Təlimlər İmatra, Nuiyamaa, Vaalimaa və Virolahti rayonlarında keçiriləcək.

Təlimlərə polis, gömrük, xilasetmə və müdafiə qüvvələrinin şəxsi heyətindən ümumilikdə 300-ə yaxın şəxs cəlb edilib.

Gununsesi.info