
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı Ermənistanda hakimiyyəti devirmək cəhdində ittiham edib.
Gununsesi.info xəbər verir ki, Paşinyan bu barədə Avropa Parlamentində çıxışı zamanı deyib.
“Təhlükəsizlik müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta açıq şəkildə Ermənistanda hakimiyyətin dəyişdirilməsinə, demokratik hökumətin devrilməsinə çağırdılar”, – deyə o bildirib.
Qeyd edək ki, Paşinyan oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan imtina edib. O, Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında tədbirdə iştirak etməyəcəyini bildirib.
Gununsesi.info