“Anadolu”nun Qəzzada olan xəbər qrupu yoxa çıxdı

Türkiyənin “Anadolu” agentliyi İsrailin blokadası altında olan Qəzza zolağından hadisələri işıqlandıran xəbər qrupu ilə əlaqəni kəsib.

Gununsesi.info xəbər verir ki, İsrailin Qəzza zolağının intensiv bombardmanı və enerji və kommunikasiya infrastrukturunu əngəlləməsindən sonra “Anadolu”nun bölgənin şimalında Qəzza şəhər mərkəzindəki komandası ilə çətin əlaqəsi son 3 saat ərzində tamamilə kəsilib.

Dünən İsrail ordusu Qəzza şəhərində yaşayan təxminən 1,1 milyon insandan 24 saat ərzində bölgənin cənubuna köçməsini istəyib.

İsrail rəhbərliyi bu müddətin sonunda bölgəyə daha intensiv hərbi müdaxilə etməyi planlaşdırır.

Oktyabrın 8-də İsrail blokadada olan Qəzzaya su, elektrik, qida və digər əsas xidmətləri kəsmək qərarına gəlib.

Oktyabrın 7-dən bəri İsrailin Qəzzaya etdiyi hücumlarda 9 jurnalist həyatını itirib.

Livan hökumətinin verdiyi açıqlamaya görə, ölkənin cənubundakı Alma Şaab qəsəbəsində İsrail ordusunun hücumu nəticəsində İsraillə sərhəddə “Reuters” xəbər agentliyinin operatoru İssam Abdullah həlak olub, Əl-Cəzirə və AFP müxbirləri yaralanıb.

Hücumda hədəf alınan avtomobilin tamamilə yandığı görülüb.

Səid Əhmədli
Gununsesi.info