Xəzərdə balıqçılar batıb, onlardan biri xilas ola bilib

  • By ilhame
  • 17 Oktyabr 2023 21:51

Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

Gununsesi.info-nun məlumatına görə, onlardan biri xilas ola bilib.

Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.

Gununsesi.info