ABŞ Çinin 13 şirkətini “qara siyahı”ya salıb

  • By ilhame
  • 17 Oktyabr 2023 20:42

ABŞ Ticarət Nazirliyi Çinin 13 şirkətini “qara siyahı”ya salıb və həmçinin Çinə çip satışına ixrac məhdudiyyətlərini genişləndirəcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı sənədlərdə deyilir.

Siyahıya daxil edilən Çin şirkətləri ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd hərəkət etməkdə ittiham olunublar.

Bundan əlavə, Ticarət Nazirliyi süni intellekt sahəsində çip və avadanlıqların Çinə ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq, nəticədə “Nvidia” və “Intel” kimi ABŞ şirkətləri üçün məhsullarını Çin bazarında satmaq çətinləşəcək.

Gununsesi.info