Həmasın hücumu 13 yaşlı ingilis qızının da həyatına son qoydu

13 yaşlı britaniyalı qız İsrailin cənubunda Həmas-ın vəhşicəsinə hücumundan sonra öldürülüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə yeniyetmənin yaxınları mətbuata məlumat verib.

Məlumata əsasən Beeriyə edilən terror hücumundan sonra yoxa çıxan Yahelin ölümü İsrailin Londondakı səfirliyindəki yaxınları tərəfindən təsdiqlənib.

Məlumatda onun anası Liannanın da öldürüldüyü bildirilib. 16 yaşlı bacısı Noya və israilli atası Eli isə hələ də itkindir.

Soyadı açıqlanmayan ailə İsrailin cənubunda, Qəzza zolağı ilə sərhədə yaxın Beeridə yaşayıb.

Yahel itkin düşərkən yaxınları BBC-yə onun hakkında müsahibə verib.

“Yahel şən, həyat dolu qız idi. O, mahnı oxumağı və rəqs etməyi çox sevərdi. Hamının sevimlisi  idi. Yaxınları, əzizləri onu çox sevirdi. Yahel gözəl bir həyat yaşadı. Qoyub getdiyi qəlbi qırıq ailəsi və dostları tərəfindən daima yad olunacaq. Biz onun üçün hər zaman darıxacağıq”.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələrinin son hesabatında 199 ailənin yaxınları girov saxlanılır.

Girovlar arasında körpələr, qocalar və mülki şəxslər var. Onların əksəriyyəti isə ikili vətəndaşlardır.

Qeyd edək ki, HƏMAS 10 gün əvvəl müharibə başlayandan girov götürdüyü 22 israillinin öldürüldüyünü təsdiq edib.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info