İsrail ordusu Livandan ölkəyə iki raket atıldığını açıqlayıb

  • By ilhame
  • 17 Oktyabr 2023 20:13

Livandan İsrail ərazisinə iki raket atılıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Livandan İsrail ərazisinə iki raket atılıb. Biri İsrailin Müdafiə Ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla “ələ keçirilib”, ikincisi isə yaşayış olmayan əraziyə düşüb”, – məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza sektorundan İsrailə raket hücumları başlayıb, eyni zamanda silahlı qruplar İsrail ərazisinə daxil olublar və israilli hərbçilər onlarla döyüşə girib. İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti, az sonra isə “Dəmir qılınclar” cavab əməliyyatına başladığını elan edib.

Gununsesi.info