BMT-nin Livandakı sülhməramlı qərargahı raketlə vuruldu

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) Livanın cənubunda yerləşən əsas qərargahı raketlə vurulub.

Gununsesi.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, Livanın baş naziri Nəcib Mikati UNIFIL komandiri Aroldo Lazaro ilə hücumla bağlı telefon danışığı aparıb.

Məlumata görə, UNIFIL-in Naqouradakı (Livanın cənubu) qərargahına raket düşüb və Mikati hücum barədə məlumatı Lazarodan alıb.

Mikati UNIFIL ilə tam həmrəy olduğunu bildirib.

Hesabatda raketin İsrail və ya Livandan atıldığı barədə məlumat verilmir.

Səid Əhmədli
Gununsesi.info