
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Baydenin oktyabrın 18-də Yaxın Şərq regionuna səfəri başlayır.
Gununsesi.info xəbər verir ki, girovların azad edilməsi məsələsi Baydenin Yaxın Şərqə gözlənilən səfəri zamanı əsas məsələlərdən biri olacaq.
ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib ki, səfərin məqsədi “İsrailin hərbi məqsədləri və strategiyası” haqqında hərtərəfli məlumat əldə etməkdir.
Diplomat qeyd edib ki, Ağ Ev rəhbərinin səfəri “İsrail, region və dünya üçün kritik məqama” təsadüf edir.
Onun sözlərinə görə, Amerika lideri “HƏMAS hücumları qarşısında” İsraillə həmrəyliyini ifadə edəcək.
Dövlət katibi deyib ki, səfər zamanı Bayden yenidən “üçüncü tərəfləri” “mövcud vəziyyətdən istifadə edərək İsrailə hücum etmək” planlarına qarşı xəbərdarlıq edəcək.
Blinken bildirib ki, ABŞ prezidenti “HƏMAS-ın girovlarının azad edilməsi məsələsində” İsraillə sıx koordinasiyanı davam etdirmək niyyətindədir.
Ağ Evin mətbuat katibi Ağ Evin mətbuat katibi Karine Jan-Pyer isə bildirib ki, Bayden İsrailə səfərindən sonra İordaniyaya gedəcək və burada oktyabrın 18-də Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin prezidenti Mahmud Abbasın iştirakı ilə Kral II Abdullahla görüşəcək.
Məlumata görə, səfərin məqsədi ABŞ-ın “Həmas hücumları qarşısında” İsrailə dəstəyini nümayiş etdirmək və vəziyyətin həlli üçün gələcək addımlar barədə məsləhətləşmələr aparmaqdır.
Baydenin daha sonra İordaniyanın paytaxtı Əmmana gedəcəyini, burada İordaniya Kralı II Abdullah, Misir prezidenti Sisi və Fələstin dövlət başçısı Mahmud Abbasla görüşəcəyini ifadə edən Jan-Pyer bildirib ki, ABŞ prezidenti Qəzza zolağında mülki əhalinin humanitar ehtiyaclarını müzakirə edəcək.
Gununsesi.info