Vatikanda təhlükəsizlik tədbirlərini gücləndirildi

İtaliya paytaxtının şimal-qərbində 44 hektar ərazini tutan Vatikan dövlətinin ətrafı təhlükəsizlik təhdidləri baxımından ən həssas ərazilərdən biri kimi xüsusi nəzarətə götürülüb.

Gununsesi.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının nümayəndələrinin ANSA-ya verdiyi məlumata görə, onların sayı artırılan bütün əməkdaşları təlimatlandırılıb və “istənilən anormal vəziyyətə” hazır olmalıdırlar. Müqəddəs Pyotr meydanında növbətçi olan karabinerlər gülləkeçirməz jiletlərlə təchiz olunub. Meydanın, eləcə də Müqəddəs Pyotr kilsəsinin girişində nəzarət gücləndirilib, bunun üçün metal detektordan keçmək lazımdır.

Papa ənənəvi olaraq meydana toplaşan dindarlara müraciət edəndə daha diqqətli monitorinq artıq ötən bazar günü elan edilib.

Bundan əvvəl həmçinin bildirilmişdi ki, yəhudi icması ilə əlaqəli yerlər, o cümlədən sinaqoqlar və yəhudi mədəniyyət mərkəzləri bütün ölkə ərazisində gücləndirilmiş nəzarətə götürülüb.

Gununsesi.info