
Oktyabrın 7-dən İsrail ordusu Qəzza zolağında tibb müəssisələrinə 41 təsdiqlənmiş hücum həyata keçirib.
Gununsesi.info xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Tarik Cazareviç deyib.
O, Qəzza zolağındakı səhiyyə vəziyyətini “son dərəcə narahatedici” adlandırıb.
Cazareviçin sözlərinə görə, Fələstin anklavındakı xəstəxanalar çoxlu sayda xəstələri qəbul etməkdə davam edir, tibb müəssisələri isə doludur.
ÜST sözçüsü qeyd edib ki, şəhərin yanacaq ehtiyatları getdikcə azalır və bölgəyə dərman verilmir.
Yasareviç vurğulayıb ki, beynəlxalq humanitar hüquqa görə, tibb işçiləri, tibb müəssisələri və xəstələr qorunmalıdır.
“Oktyabrın 7-dən bu yana Qəzzada səhiyyə müəssisələrinə 41 hücum olub. 11 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, 16-sı yaralanıb. Hücumların sayı artdıqca bu rəqəmlərin daha da artacağı ehtimalı var”, o vurğulayıb.
Gununsesi.info