HƏMAS hücumu 11 sentyabrdan daha böyük fəlakətdir -Netanyahu

  • By ilhame
  • 17 Oktyabr 2023 21:23

Oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasından radikalların İsrailə sızması və çoxlu israillinin ölümünə səbəb olması 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından daha böyük bir milli miqyasda fəlakət idi.

Gununsesi.info-nun məlumatına görə, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinə səfərə gələn Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, HƏMAS-ın əsas məqsədi “mümkün qədər çox yəhudini öldürmək” idi:

“Bacarsalar, hər birimizi öldürərdilər. Sadəcə olaraq, onların imkanları yoxdur, lakin çoxlu sayda – 1300 mülki vətəndaşı öldürüblər. Odur ki, biz HƏMAS-ı məğlub etmək üçün hərəkətə keçməliyik və bunun bir daha təkrarlanmamasına əmin olmalıyıq. Ancaq bu, təkcə bizim döyüşümüz deyil, ümumi döyüşdür. Sivilizasiyanın barbarlığa qarşı mübarizəsidir”.

Gununsesi.info