Nyu Cersidə radioaktiv material yoxa çıxdı: - Onun sirli dronlarla əlaqəsi ola bilərmi?

ABŞ-ın Nyu-Cersi ştatının Nyufild şəhərində xərçəng müayinələrində istifadə olunan tibbi avadanlıq daşınarkən tərkibində radioaktiv material olan cihaz itib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dekabrın 2-də məhv edilmək üçün göndərilən texnika xarab və boş halda təyinat yerinə gəlib. Bu hadisə bölgədə görülən sirli dron hərəkətləri ilə əlaqəli ola biləcəyinə dair sui-qəsd nəzəriyyələrini gücləndirdi.