Bakıda ağır qəza: - Ölən var

Bakıda yük avtomobili və minik avtomobili toqquşub.

Gununsesi.info xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən avtomobil yolunun 2.5-ci kilometrində Rəhim Bəxtiyar oğlu Nuriyev idarə etdiyi “Tofaş” markalı avtomobillə Umud Rafiq oğlu İbrahimovun idarə etdiyi MAZ 543302-2120 markalı yük avtomobilinin toqquşub.

Nəticədə “Tofaş” markalı avtomobildə sərnişin 1991-ci il təvəllüdlü Sadiq Azər oğlu Həsənov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində fakta görə cinayət işi başlanılıb.

Gununsesi.info