
İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən qətlə yetirilən fəal Ayşenur Ezgi Eyginin ailəsi ABŞ dövlət katibi Blinkenlə görüşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ailə görüşdən sonra məyus olduqlarını bildirib.
“Nazir bizi diqqətlə dinlədi və təəssüf ki, son 20 ildə, xüsusən də mənim həyat yoldaşım kimi Vaşinqton ştatının sakini Reyçel Korrinin öldürülməsindən sonra eşitdiyimiz sözləri təkrarladı.” ,- deyə bildirilib.
Bu dəfə fərqli bir şey olacağına ümid etdiklərini ifadə edən Əli, qətllə bağlı ABŞ rəhbərliyindəki araşdırma çağırışını təkrarladı.
Eygi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı dinc və sivil üsullarla fələstinlilərə dəstək verən Beynəlxalq Həmrəylik Hərəkatının könüllüsü və hüquq müdafiəçisi idi.