
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmaya hazır olmasının vacibliyini bəyan edib.
Gununsesi.info xəbər verir ki, dövlət başçısının çıxışından TASS sitat gətirib.
“O, (Zelenski – red.) razılığa gəlməyə hazır olmalıdır. Bu, sondur. Bu müharibədə həddindən çox insan ölür. Biz razılaşma əldə etməliyik”, – Tramp Floridadakı mətbuat konfransında bildirib.
O qeyd edib ki, müqavilənin digər tərəfi Rusiya Federasiyası olmalıdır.
Trampın sözlərinə görə, o, Ukraynada nizamlanma üçün Putinlə əlaqə saxlamaq niyyətindədir.
Gununsesi.info