Tramp: - Suriyanın açarı Türkiyənin əlindədir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, Suriyanın açarı Türkiyədə olacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın çox ağıllı və güclü bir insan olduğunu ifadə edən Tramp, “Türkiyə əhəmiyyətli bir gücdür və Ərdoğan mənim çox yaxşı anlaşdığım birisidir” deyib.

Tramp, “Prezident Ərdoğan çox ağıllı insandır və çox güclüdür. Əsədin uşaqlara etdikləri ilə qəssab olduğunu deyə bilərəm” deyib.

Tramp həmçinin ABŞ-ın NATO müttəfiqi Türkiyə ilə Suriyada daha təsirli ola biləcəyi mesajını verdi.

Suriyada irəliləyən qüvvələrin arxasında Türkiyənin olduğunu iddia edən və bunun onun üçün problem olmadığını qeyd edən Tramp, “Suriyanın açarı Türkiyənin əlində olacaq. Ola bilsin ki, heç kimin belə dediyini eşitməmisiniz, amma belədir” deyib.

Orxan Saffari

Gununsesi.info