Məşhur cizgi filmlərinin yaradıcısı öldü

  • By Günel
  • 05 Oktyabr 2024 18:44

“Soyuzmultfilm” kinostudiyasının keçmiş baş redaktoru Tatyana Paporova 82 yaşında vəfat edib.

Gununsesi.info Kult.az – a istinadən xəbər verir ki, məlumatı kinostudiyanın mətbuat xidməti verib.

Bildirək ki, Paporova ömrünün 40 ilindən çoxunu “Soyuzmultfilm”də işləyib. 2006-cı ildən isə studiyanın baş redaktoru vəzifəsində çalışıb. O, özü cizgi filmləri üçün ssenarilər yazıb, həmçinin “Çeburaşka”, “Bir, dayan! (Nu,poqodi!), “Bremen musiqiçiləri” kimi məşhur cizgi filmlərinin yaradılmasına rəhbərlik edib.

Gununsesi.info