İsrail Livan məscidini vurdu

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın şiə “Hizbullah” hərəkatının mövqelərinə növbəti zərbə endirib.

Gununsesi.info Hərbi idarənin mətbuat xidmətinəistinadən xəbər verir ki, hücum nəticəsində Livanın cənubundakı Salah Ghandour xəstəxanasının yaxınlığındakı məsciddə yerləşən qərargah vurulub.

“Bölgədəki sakinlərə hücumdan əvvəl diqqətli olmaları üçün xəbərdarlıq göndərilib. İDF nümayəndələri həmçinin Hizbullah yaraqlılarının müharibə qanunları ilə qadağan etdiyi xəstəxanaların yerləşdiyi kəndlərin rəhbərləri ilə də danışıqlar aparıblar”-deyə məlumatda bildirilir.

İDF bəyan edib ki, məsciddəki qərargah Hizbullah nümayəndələri tərəfindən İsrailə qarşı terror əməliyyatları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib.

Bundan əvvəl İsrail Beyrutun cənub ətrafının sakinlərini təcili təxliyə etməyə çağırıb. Bu, Hizbullahın qurğularının yerləşdiyi Burj əl-Bərəcnə bölgəsində yaşayan insanlara aiddir.

 

 

Gununsesi.info