“Neftçi” ilk yoxlama matçında qələbə qazanıb

  • By ilhame
  • 13 İyul 2024 20:05

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.

Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Gununsesi.info