“Napoli” İtaliya millisinin üzvünü transfer edib

  • By ilhame
  • 13 İyul 2024 13:08

“Napoli” komandası İtaliya millisinin futbolçusunu transfer edib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol təmsilçisi Alessandro Buoncornonu sıralarına cəlb edib.

 

5 illik müqavilə 35 milyon avro qarşılığında baş tutub.

 

Qeyd edək ki, 25 yaşlı müdafiəçi son olaraq İtaliyanın “Torino” klubunda çıxış edib və ötən mövsüm 29 matçda 3 qol vurub.

Gununsesi.info