
Lənkəranda sakini olan 1995-ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə itkin düşüb.
Gununsesi.info-nun məlumatına görə, Toğrul Quluzadə dünən səhər saat 06:00-da işə gedib.
Yaxınlarının verdiyi məlumata görə, o, gündüz saat 11 radələrində işlədiyi yerdən, uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb.
Hələ ki T. Quluzadədən heç bir xəbər yoxdur. Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Toğrul Quluzadəni görən, ondan məlumatı olanlardan polisə və ya +994504048464 nömrəsinə məlumat vermələri xahiş olunur.
Gununsesi.info