Lənkəranda mağazada meyit tapılıb

  • By ilhame
  • 13 İyul 2024 13:27

Lənkəranda mağazada kişi meyiti tapılıb.

 

Gununsesi.info xəbər verir ki, meyit şəhərin 2-ci mikrorayon ərazisində yerləşən meyvə satılan mağazada aşkar edilib.

 

Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info