
Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı erməni terrorçu Vaqif Xaçatryanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Vaqif Xaçatryanın ittiham aktında qeyd olunub.
İttihamda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 6 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib.
Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Qədim Quliyevi, 1936-ci il təvəllüdlü Ruba Hacı qızı Quliyevanı, 1903-cü il təvəllüdlü Mətləb Qənimət oğlu Quliyevi, 1 iyul 1932-ci il təvəllüdlü Novruz Məhərrəm oğlu Novruzovu, 1 iyul 1932-ci il təvəllüdlü Adilə Məhəmməd qızı Novruzovanı, 1977-ci il təvəllüdlü Rahilə Novruz qızı Novruzovanı, 1979-cu il təvəllüdlü Rübabə Novruz qızı Novruzovanı, 1 iyul 1926-cı il təvəllüdlü Əvəz Alış oğlu Sadiqovu, 1 iyul 1932-ci il təvəllüdlü Qönçə Məmmədbağır qızı Sadıqovanı, 1 iyul 1927-ci il təvəllüdlü Hüseyn Rza oğlu Nurməmmədovu, 1 iyul 1936-ci il təvəllüdlü Pakizə İslam qızı Nurməmmədovanı, 1969-cu il təvəllüdlü Nadir Nəbi oğlu İbadullayevi, 1974-cü il təvəllüdlü Vidadi Müsül oğlu Allahverdiyevi, 1 iyul 1938-ci il təvəllüdlü Xəlil Mahmud oğlu Kazımovu, 1963-cü il təvəllüdlü Əli Mürsəl oğlu Mehralıyevi, 1 iyul 1942-ci il təvəllüdlü Bəhlul Müseyib oğlu Hümbətovu, 1 iyul 1929-cu il təvəllüdlü Ənvər Bahadur oğlu Qasımovu, 1 iyul 1915-ci il təvəllüdlü Sürayyə Alış qızı Xudayarovanı, xidməti vəzifələrini yerinə yetirən Xocalı Rayon Polis Şöbəsinin Meşəli polis bölməsinin polis (milis) serjantları, 1969-cu il təvəllüdlü İsmayıl Qənimət oğlu Quliyevi, 1971-ci təvəllüdlü Zakir Novruz oğlu Novruzovu qətlə yetirib.
Gununsesi.info