Ağla, Xaçatryan, ağla, nə mənası var?

Gununsesi.info Ülvi Bahadırın “Terrorçunun göz yaşları” adlı yeni yazısını təqdim edir.

“Məni 3-4 erməni o qədər döymüşdü ki, elə bilmişdilər ölmüşəm, götürüb atmışdılar qarın üstünə. Çöldə don vurmuşdu məni, kirpiklərim bir-birinə yapışmışdı. Gözümü neçə saatdan sonra açmışam, onu təkcə göydəki Allah bilir. Ancaq gecə qaranlıqda gözümü açanda, məni saçımdan tutub sürüyən erməni dedi ki, “sən hələ ölməmisən?”. Hissiyyatım tamamilə yox idi, əlimi əlimə vururdum, heç nə hiss etmirdim. Bircə dilim tərpənirdi”.

Bu sözləri Xocalı qurbanlarından biri, o dəhşətləri iliyinə qədər yaşamış Dürdanə Ağayeva deyir.

 

Gununsesi.info