
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) Qəzza zolağındakı bütün xəstəxanalarda yanacaq ehtiyatlarının cəmi 24 saat ərzində tükənəcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, OCHA “X” sosial platformasındakı məlumatında Qəzza zolağındakı bütün xəstəxanalarda yanacaq ehtiyatlarının təxminən 24 saat davam edə biləcəyini açıqlayıb.
OCHA ofisindən Qəzzadakı vəziyyətlə bağlı gündəlik hesabatda ehtiyat transformatorların dayandırılmasının minlərlə insanın həyatını təhlükəyə ata biləcəyi bildirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Humanitar Məsələləri üzrə Koordinatoru Lin Hastinqs məlumatda Qəzzada görünməmiş “qeyri-insani” vəziyyətin ciddiliyi və əsas ləvazimatların tükənməsi barədə xəbərdarlıq edib.
Hastinqs OCHA-da mövcud suyun ən geci bu gün və ya sabah tükənəcəyini vurğulayıb. “Su hələ də bağlıdır. Bizə lazım olan su təchizatını bərpa etmək, ən azından Qəzzanın cənubundakı quyuları doldurmaqdır. Bu, dərhal baş verməlidir”, – deyə o bildirib.
OCHA təmsilçisi tərəfləri humanitar atəşkəsə çağırıb: “Məsələ insanlığımızı itirməkdən gedir. Əgər beynəlxalq ictimaiyyət bu vəziyyətin davam etməsinə icazə verirsə, şahidi olduğumuz şey sadəcə insanlıqdan kənardır”.
Səid Əhmədli
Gununsesi.info