Dunya Miyatoviç Azərbaycana və Ermənistana səfərə gəlir AVROPA ŞURASINLIN KOMİSSARI İNSAN HAQLARINI MÜZAKİRƏ EDƏCƏK

  • By admin
  • 16 Oktyabr 2023 11:44

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç Cənubi Qafqaza regionuna səfər edəcək.

Bu  barədə Gununsesi.info-ya Avropa Şurasının İnsan Haqları üzrə Komissarının mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Dunya Miyatoviç oktyabrın 16-dan 23-dək Ermənistan və Azərbaycana, o cümlədən Qarabağ regionuna səfər edəcək.

O, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Miyatoviç Qarabağa səfəri çərçivəsində diqqəti münaqişədən zərər çəkmiş insanların hüquqlarının vəziyyətini müzakirə edəcək.

 

Elmar

Gununsesi.info