Zelenskinin İsrailə səfəri rədd edilib

Keçən həftə Avropa ölkələrinə səfər edən Vladimir Zelenski ABŞ dövlət katibi Antoni Blinkenlə birlikdə İsrailə həmrəylik səfəri etmək istəyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail hakimiyyəti Zelenskinin ölkəyə səfərini imtina edib.

Məlumatana görə, İsrail rəsmiləri Zelenskiyə “indi doğru zaman deyil”, lakin o, daha sonra gələ biləcəyini deyib.

“Zelenski İsrailə dəstəyini ifadə etmək istəyir, lakin Ukraynadakı vəziyyətə görə o, gələ bilməz”.

Qeyd edək ki, bundan öncə İsrailə ABŞ dövlət katibi Antoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsola səfər ediblər.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info